İtaliyadan tarixi addım: Qadınları öldürənlər ömürlük həbs ediləcək

İtaliyadan tarixi addım: Qadınları öldürənlər ömürlük həbs ediləcək
DÜNYA
12:30 25.07.2025
143
İtaliyada qadın qətllərinə qarşı artan ictimai etirazlar öz nəticəsini verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İtaliya höküməti qadın qətllərinə ömürlük həbs cəzası nəzərdə tutan qanun layihəsinə ilkin razılıq verib.

Son zamanlar qadın qətliamlarının artması fonunda hazırlanan və geniş ictimai dəstək qazanan qanun layihəsi iyulun 24-ü Senatdan ilkin təsdiq alıb.

Yeni qanuna görə, həyat yoldaşını, keçmiş həyat yoldaşını və ya ailəsindəki qadını qəsdən öldürən hər kəs ömürlük həbs cəzası alacaq. Bundan başqa, cinayəti törədən şəxsin qadına qarşı sistemli hədə-qorxu, zorakılıq və ya təqibə əl atması sübuta yetirilərsə, cəza yüngülləşdirilməyəcək.
 
Baş nazir Ciorcia Meloni başda olmaqla qadınlara qarşı zorakılığa qarşı daha sərt tədbirlərin görüləcəyini vurğulayıb.
 
İtaliya Milli Statistika İnstitutunun (ISTAT) məlumatına görə, təkcə 2023-cü ildə ölkədə 120-dən çox qadın tanıdıqları kişilər tərəfindən öldürülüb.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR