Xəbər verdiyimiz kimi, ötən ay İstanbulda 14 yaşlı Mattia Ahmet Minguzzi Kadıköydə bıçaqlanaraq öldürülmüşdü.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostları ilə bazara gedən 14 yaşlı oğlan əvvəlcə sözlü hücuma məruz qalıb, sonra isə bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilmişdi
Minguzziyə ağır xəsarətlər yetirdiyi iddiası ilə həbs edilən iki şübhəli ilə bağlı istintaq tamamlanıb və prokurorluğun şübhəlilər üçün tələb etdiyi cəza açıqlanıb.
Prokurorluq təqsirləndirilən 15 yaşlı B.B. və U.B-nin "qəsdən öldürmə” maddəsi ilə 24 ilədək müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Aysel