Hikmət Hacıyev “Sərhədsiz reportyorlar” təşkilatına və ATƏT-ə çağırış etdi

Hikmət Hacıyev “Sərhədsiz reportyorlar” təşkilatına və ATƏT-ə çağırış etdi
SİYASƏT
21:19 05.11.2020
807
Hazırda İtaliyanın "La Republica" qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalıb.
 
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter” hesabında yazıb.

O bildirib ki, erməni lobbisi tərəfindən jurnalistlərin təhdid edilməsini, azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq.

H.Hacıyev əlavə edib: "Biz Sərhədsiz Reportyorlara, ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir".
 
///Trend
OXŞAR XƏBƏRLƏR