İtaliyalı jurnalist Mətbuat Şurasında olub - FOTOLAR

İtaliyalı jurnalist Mətbuat Şurasında olub - FOTOLAR
MEDİA
16:34 13.03.2025
166
İtaliyalı jurnlist Karlo Marino Azərbaycan Mətbuat Şurasında olub. 
 
AZXEBER.COM xəbər verir ki, Avropa Xəbər Agentliyinin İtaliya və Vatikan üzrə müxbiri, Eurasiaticanews” (Avropa-Asiya xəbərləri) saytının idarəedici direktoru Karlo Marino Azərbaycanın Mətbuat Şurasını ziyarət edib.
 
Avropanın fəlsəfə üzrə elmləri doktoru, italyan ictimai xadim Azərbaycanda olmaqdan məmnun olduğunu bildirib. Karlo Marino deyib ki, İtaliya ilə Azərbaycan arasında hər sahədə yüksək münasibətlər var. O Azərbaycan həqiqətləri ilə bağlı mövzuları daim İtaliya mətbuatında da diqqətdə saxladığını qeyd edib. 
 
Xarici qonağa bildirilib ki, Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.
  
Görüşdə birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
 

OXŞAR XƏBƏRLƏR