İtaliyanın Baş naziri onu "faşist" adlandıran müğənnini məhkəməyə verdi

İtaliyanın Baş naziri onu "faşist" adlandıran müğənnini məhkəməyə verdi
DÜNYA
12:22 03.08.2023
257
İtaliyanın baş naziri Corciya Meloni onu "faşist" adlandıran "Placebo” qrupunun solisti Brayan Molkonu məhkəməyə verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müğənni sözlərində italyan məmuru təhqir edib. Molkonun tamaşaçılardan tamaşanı çəkməməyi xahiş etməsinə baxmayaraq, həmin anın video lenti internetdə yayılıb.

Molko LGBT hüquqlarını qorumaq çağırışı da daxil olmaqla müxtəlif mövzularda 10 min pərəstişkarına müraciət edib.

Turin şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.

Molkonun sözlərindən sonra yaranan reaksiya qrupun qastrol səfərinin davam edib-etməyəcəyini şübhə altına alıb. Lakin qrup avqustun 1-də İtaliyanın Sassari şəhərində səhnəyə çıxıb.

İtaliyanın cinayət məcəlləsinə görə, hökuməti, parlamenti və ya ordunu açıq şəkildə ləkələyən hər kəs 5000 avroya qədər cərimələnə bilər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR