İtaliyanın baş nazirindən maraqlı təklif - Ona kişi kimi müraciət olunmasını tələb edir

İtaliyanın baş nazirindən maraqlı təklif - Ona kişi kimi müraciət olunmasını tələb edir
DÜNYA
10:24 29.10.2022
341

İtaliyada hökumətə başçılıq edən ilk qadın olan Corc Meloni yeni vəzifəsində ona kişi kimi müraciət edilməsini tələb edib.

AZXEBER.COM xəbər verir ki, ölkənin nazirlik və digər qurumlarına göndərilən sənəddə baş nazirə "cənab Nazirlər Şurasının sədri” kimi müraciət edilməli olduğu göstərilib.

Eyni zamanda, Meloni mitinqlərin birində "mən qadınam, mən xristianam, mən anayam” ifadəsi ilə məşhurlaşıb. O, uşağın doğum sənədlərindəki "ata” və "ana” sətirlərinin "valideyn 1”, "valideyn 2” ilə əvəzlənməsi cəhdlərini pisləyib.

OXŞAR XƏBƏRLƏR