İtaliyada Xarici İşlər Nazirliyi və iki hava limanı da daxil olmaqla bəzi rəsmi qurumların internet saytları rusiyayönlü hakerlərin hədəfinə çevrilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "NoName057” adlı rusiyapərəst qrup İtaliyanın bəzi rəsmi qurumlarının internet saytlarına kiberhücum həyata keçirib.
Qrup Telegram-da verdiyi açıqlamada Xarici İşlər Nazirliyinin, Milanda iki hava limanının və bəzi rəsmi qurumların internet saytlarının hədəf alındığını bildirərək, hücumun məsuliyyətini üzərinə götürüb.
İtaliya rəsmiləri hücumun uçuşlara heç bir maneə törətmədiyini bildiriblər.
Qeyd edək ki, İtaliyada bir çox dövlət qurumları 2023-cü ilin fevral və mart aylarında da eyni qrup tərəfindən kiberhücuma məruz qalıb.
Cəmalə