İtaliyanın müdafiə naziri İlham Əliyevi təbrik etdi

İtaliyanın müdafiə naziri İlham Əliyevi təbrik etdi
SİYASƏT
15:14 19.02.2024
174
İtaliyanın müdafiə naziri Quido Krosetto dövlətimizin başçısı İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, Nazir Quido Krosetto bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan Prezidentinə ən xoş arzularını çatdıran italiyalı nazirin paylaşımında deyilir:
 
"Azərbaycan Avrasiya məkanında mərkəzi rol oynayır. Biz ölkələrimizi birləşdirən strateji tərəfdaşlıq sayəsində indiyə qədər tutduğumuz yolda əməkdaşlığı inkişaf etdirməkdə davam edəcəyik".
OXŞAR XƏBƏRLƏR