İtaliyanın Rusiya təbii qazından tam imtina edəcəyi vaxt açıqlandı

İtaliyanın Rusiya təbii qazından tam imtina edəcəyi vaxt açıqlandı
DÜNYA
18:26 29.07.2022
297
"İtaliyanın "Eni” energetik şirkəti 2025-ci ilədək Rusiyanın təbii qazından tamamilə imtina edəcək”.
 
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bu müddət "Eni” şirkətinin hesabatında göstərilib.

Məlumata görə, şirkət hər il Rusiyadan 20 milyard kubmetr "mavi yanacaq” idxal edir. Bu həcmdə qazın 2 il ərzində digər ölkələrdən alınacaq təbii yanacaqla əvəz ediləcəyi ehtimal olunur.

Bildirilib ki, "Eni” hazırda bir sıra ölkələr, o cümlədən Əlcəzair, Misir və Konqo ilə yeni müqavilələr imzalayır. Şirkət Liviya, Anqola, Mozambik, İndoneziya və başqa dövlətlərdən də əlavə idxalat üçün imkanlar axtarır.
OXŞAR XƏBƏRLƏR