“İRƏLİ” Xarici Dillər Mərkəzi tərəfindən təşkil olunmuşitalyan dilikurslarına start verildi.
İtalyan dili kursu ödənişsiz olaraq, həftədə 2 dəfə 2 qrup olmaqla "İRƏLİ“ Gənclik Mərkəzində "İRƏLİ” üzvləri Sayalı Bahar və Roksana Səmədova tərəfindən keçirilir.
Kurslarda iştirakçılara italyan dili ilə yanaşı, italyan mədəniyyəti, milləti və tarixi haqqında da məlumat veriləcək, italyan dilində filmlər nümayiş olunacaq və conversation-lar keçiriləcək.
Təşkil olunmuş kursun əsas məqsədi gənclərin yeni xarici dil biliklərinin artırılması və təkmilləşdirilməsi ilə bərabər, xarici dillərə olan tələbatın ödənilməsi üçün gənclərə yardım etməkdir.
Qeyd edək ki, “İRƏLİ” Xarici Dillər Mərkəzi 2008-ci ildən fəaliyyət göstərir və yaxın günlərdə Mərkəz tərəfindən çin və digər xarici dillərin tədrisinə start veriləcək.