İtalyan idmançı ilə fotoları yayılan müğənni danışdı

MAQAZİN
10:00 27.06.2015
15821

“Mən Carmelo ilə sadəcə dostam və bu mənim şəxsi məsələmdir. Şəxsi həyatımın müzakirə olunmasını isə sevmirəm”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında məşhur italyan idmançı Carmelo Lumia ilə gizli fotoları yayılan gənc müğənni Səbinə Əskərova deyib.

O qeyd edib ki, dünya çempionu ilə çoxdan dostdular və Bakıya Avropa Oyunlarında iştirak etmək üçün gələn idmançı özü onunla görüşmək istəyib: “Mən uzun illərdi ki, Carmelo ilə dostam. Onunla xarici ölkələrin birində tanış olmuşuq və dostluğumuz uzun müddətdir ki, davam edir. Çox səmimi və dostcanlı insandır. Mənimlə söhbətində Avropa Oyunlarının təşkilatçılığından çox razı qaldığını və Bakını çox bəyəndiyini dedi. Həmçinin o qeyd etdi lo, tezliklə yenidən ölkəmizə gələcək”.

Müğənni sosial şəbəkələrdə onu təhqir edənlərə də cavab verib: “Mən sizə tam səmimi deyirəm ki, o fotolardan xəbərim olmayıb. Kimsə şəkillərimizi çəkib və mediaya ötürüb. Mən şəxsi həyatımla gündəmə gəlməyi sevən adam deyiləm və bunun tam əleyhinəyəm. Amma çox təəsüf ki, məsələnin təfərrüatını bilməyən bəzi qızlar sosial şəbəkələrdə ağızlarını gələnləri yazırlar və belə təəsürat yaranır ki, bizim qızlar italyan oğlanları üçün ölürlər. Əslində, isə bizim Carmelo ilə münasibətimiz yalnız dostluq çərçivəsindədir.

Səbinə həmçinin onu da qeyd edib ki, bu söz-söhbətlərin fonunda yalnız öz sənəti ilə məşğuldur: “Mən öz sənətimlə məşğulam, yeni layihələr düşünürəm. Belə söz-söhbətlər məni ruhdan sala bilməz. Bildiyiniz kimi, “Yalançı şahid”adlı mahnım bir neçə həftədir ki, efirlərdə səslənir və böyük maraqla qarşılanıb. Mahnının sözləri dəyərli millət vəkilimiz Qənirə Paşayevaya, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur. Bundan sonra da yalnız sənətimlə məşğul olacam, qalmaqaldan uzaq adamam”

OXŞAR XƏBƏRLƏR