İti xilas etməyə çalışan ailə suda boğuldu

İti xilas etməyə çalışan ailə suda boğuldu
DÜNYA
09:09 28.11.2012
1352

Kaliforniyada iti xilas etməyə çalışan valideynlər övladları ilə birgə suda boğulublar.AZXEBER.COM- un Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, insident noyabrın 24-də baş verib.Ailə San-Fransiskodan şimalda yerləşən Qumboldt dairəsində laqun (dənizdən ayrılmış kiçik göl) istirahət edirmiş. 16 yaşlı Qreqori Ceyms Kalcien suya girən itinin dalınca yollanıb. Daha sonra oğlunun köməyinə atası Hovard Qreqori Kalcien gedib. Lakin o dalğanın öhdəsindən gələ bilməyib və onu sahildən uzağa atıb.Qreqori əvvəlcə üzərək anası Meri Yelena Skott, bacısı və onun rəfiqəsinin olduğu sahilə çata bilib. Lakin biləndəki atası təhlükədədir, Qreqori anası ilə birgə onu xilas etmək üçün suya girib və nəticədə özləri də batıblar. İt isə sağ-salamat sahilə çıxa bilib. Valideynlərin cəsədləri sudan tapılsa da, Qreqorinin meyitini tapmaq hələ mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR