Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda itin hücumuna məruz qalan və quduzluq xəstəliyinə tutulan gənc memar ölüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, memar müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, gənc memar Lütfü Seray quduzluq əlamətləri göstərdikdən sonra Siverek Dövlət Xəstəxanasına aparılıb, ona quduzluq diaqnozu qoyularaq müalicəsinə başlanılıb.
Qaziantepdə təxminən bir həftədir müalicə alan Seray həkimlərin bütün müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Mikayıl
![](https://azxeber.com/file/pic/xeber/2023-07/1689245702_sokak-kopeginin-saldirisina-ugrayip-kuduz-olan-16111324_2326_m.jpg)