İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO

İtkin azərbaycanlı əsgərin qalıqları tapıldı - 82 ildən sonra - FOTO
SOSİAL
21:37 25.06.2025
492

Qırmızı Ordunun (SSRİ) azərbaycanlı əsgəri Xudaverdiyev Məmməd Fəttah oğlunun nəşinin qalıqları tapılıb. 

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, 1943-cü ildə itkin düşmüş əsgərin nəşinin qalıqları Smolensk vilayətinin Duxovşinski rayonundakı köhnə səngərdə tapılıb. 

Onunla bərabər dörd Qırmızı Ordu əsgərinin qalıqları da aşkar edilib. Lakin Məmməd Xudaverdiyevin qalıqlarını onun qaşığının üstünə yazdığı ad-soyadından tapmaq mümkün olub. 

Qeyd edək ki, 1918-ci ildə Lerik rayonunda anadan olan SSRİ əsgərinin qalıqları Smolenskin Ozernı kəndindəki Xatirə meydanında dəfn olunacaq. 

İndi ondan üstündə adının baş hərfləri və soyadının yazıldığı qaşıq, dəbilqəsi və ölümündən sonra ona verilən medal qalıb. M.Xudaverdiyevin əşyaları isə Azərbaycana gətiriləcək.



OXŞAR XƏBƏRLƏR