İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video
SOSİAL
15:47 19.12.2025
142
10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb.

AZXEBER.COM xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb.

Belə ki, 1999-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb. 

Qeyd edək ki, dekabrın 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində 2 balıqçı itkin düşmüşdü. Digər balıqçı, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir. 

Xatırladaq ki, itkin düşən balıqçılar qohum idi.
 

OXŞAR XƏBƏRLƏR