Bir neçə gün öncə Xətai rayonunda itkin düşən 63 yaşlı NZS qəsəbə sakini Kutais Xəlilovun meyiti tapılıb.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, onun meyiti Suraxanı rayonunun Əmircan qəsəbəsində avtobus dayanacaqlarından birinin yanında tapılıb.
Xatırladaq ki, həmin şəxs iki gün əvvəl yaşadığı ünvandan işlədiyi Suraxanı rayonuna getmək üçün evdən çıxıb və geri qayıtmayıb.










































