Televiziya proqramlarının birində itkin düşən şəxsin meyitinin gizlədilməsi ilə bağlı iddialara münasibət bildirilib.
Bakı şəhər Baş Polis İdərəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, 2013-cü ildə Bakı şəhəri Suraxanı rayonunda yol-nəqliyyat hadisəsində ölən Ələmxan Əsədovun bioloji nümunələri Zəkəriyyə Kazımovun övladları və qardaşının bioloji nümunələri ilə müqayisəyə verilib. Analizlərin nəticəsinə görə, eynilik aşkar edilməyib.
Araşdırıma davam etdirilir.