İtkin düşmüş neftçilər haqqında mahnı - Çox sarsıdıcıdır - VİDEO

İtkin düşmüş neftçilər haqqında mahnı - Çox sarsıdıcıdır - VİDEO
Bütün Xəbərlər
23:50 09.12.2015
4485

Xəzər dənizi səthindən azca görünən “Qara qayaların” ətrafında bir yer var – “Neft Daşları”.

Dünyanın ilk dəniz neft platformasıdır, bu. 1947-ci ildə qurulub. Yarandığı gündən bəri neçə ailənin çörək qapısı, neçə insanın gələcəklə bağlı ümidi, neçə mahnının sözləri, neçə insanın da məzarı olub…

“Qaya” qrupunun səsləndirdiyi “Neft daşları” mahnısını xatırladım.

Görəsən, mahnının sözlərində deyildiyi kimi, bundan sonra yenə əziz olacaqmı o dalğalar? Ana qədər doğma olacaqmı, bundan sonra? Yaşanılan hər şey unudulacaqmı? Şən əhval-ruhiyyə ilə oxunan bu mahnı, yenə həmin hissləri oyadacaqmı? Yox…

Bitti artıq dənizə baxarkən yaranan ümidlər. Bitti gözlərdəki o işıltı, sevinc. Apardı o neftə bulanmış qatil ləpələr. Yox etdi kiminsə uşaqlıq duyğularını, gələcəyini…

İndi boş baxışlar alıb onun yerin. Həzin musiqilər qucaqlayıb o nəşəli sözləri. “Neft daşları” mahnısındakı kimi…

Etibar Əsədlinin ifasında yenidən səsləndirilən bu mahnını sizə təqdim edirik.

O, “Günəşli”nin qaranlığında dalğalarda iktin düşmüş 26 nəfər haqda rekviyemdir.

Çox sarsıdıcıdır, çox… /// atv.az

OXŞAR XƏBƏRLƏR