İtlər hamilə qadını parçaladı

DÜNYA
12:40 20.12.2013
1147

Böyük Britaniyada iki pitbulteryer (Pit Bull Terrier) hamilə Emma Bennetə hücum edib və onu parçalayaraq öldürüblər.

AZXEBER.COM “The Daily Mail”a istinadən xəbər verir ki, Emma öz sevgilisi ilə Lids şəhərində yaşayırdı.Hadisə qadın evdə olarkən baş verib. Qonşunun Amerika pitbulteryeri cinsindən olan iki iti evə girib. Emma epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. İtlər evə girəndə o, özündən gedibmiş. Heyvanlar qadını dişləməyə başlayıblar. Onlar qadının başında və boynundakı yumşaq toxumaları məhv ediblər.

Qonşular qadının səsini eşidiblər və polis çağırıblar. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gəldiyi zaman qan içində olan qadın hələ sağ olub. Lakin həkimlər nə onu, nə də körpəsini xilas edə bilməyiblər.

OXŞAR XƏBƏRLƏR