İTS ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub

İTS ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub
SAĞLAMLIQ
15:56 23.02.2024
684
2021-2023-cü illər ərzində eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı olunub. Əməliyyat olunanların 282-ni uşaq, 35-ni isə böyüklər təşkil edib.

AZXEBER.COM xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığorta ilə aparılan koxlear implantasiya əməliyyatlarının insanların sağlamlığına müsbət təsirindən danışıb. 

A.Əhmədova əlavə edib ki, icbari tibbi sığorta əməliyyat olunmuş şəxslərin eşitmə qabiliyyətinin tam bərpasını təmin edərək onları ömürlük əlillikdən xilas edir: "İcbari tibbi sığorta ilə koxlear implantasiya daha çox eşitmə azlığı və ya eşitmə itkisi ilə doğulmuş uşaqlarda icra olunub. Bu əməliyyat sayəsində insanların eşitmə qabiliyyəti, nitq qavraması yaxşılaşır, nəticədə onların ailə üzvləri, dostları ilə ünsiyyəti asanlaşır. Ətrafdakı insanlarla dialoqa girə bilmələri onlarda özgüvənliyi artırır. Bu da təbii ki, onların peşəkar imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, karyera və şəxsi həyatda uğur qazanmaları ilə nəticələnir. Bütün bunlar nəzərə alınaraq keçən ildən koxlear implantasiyaya tətbiq edilən say limiti ləğv olunub”.

Qeyd edək ki, diaqnozun təyini məqsədi ilə icbari tibbi sığorta hesabına Bera test, KT və MRT müayinələri aparılır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi, nitq prosessoru və əməliyyatdan sonra cihazda səsin tənzimlənməsi, habelə reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya üçün loqoped və psixoloq xidməti vətəndaşlara icbari tibbi sığorta ilə ödənişsiz göstərilir.
Ətraflı

Loqoped xidmətinə uşaqların eşitmə qavrayışı, nitqin, ünsiyyət qurma bacarığının inkişaf etdirilməsi, səs-tələffüz, oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlərin həyata keçirilməsi aiddir. Psixoloq xidmətinə isə uşağın mövcud olduğu mühiti, azyaşlının təfəkkürünün və qavramasının inkişafı, davranış pozğunluğunun aradan qaldırılması üzrə fəaliyyət istiqamətləri aiddir.

İcbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı göndəriş vərəqəsi əsasında Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsində icra olunur.

Xidmətdən istifadə etmək üçün müvafiq müayinələrin aparılması, diaqnozun təyini və əməliyyat üçün özəl tibb müəssisəsinə göndəriş vərəqəsinin verilməsi məqsədilə ilkin olaraq TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım