İTV Avropadan bayrağımızla bağlı səhvə görə açıqlama tələb edib

İTV Avropadan bayrağımızla bağlı səhvə görə açıqlama tələb edib
MEDİA
22:54 19.05.2019
3213
İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2019" mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə rəsmi müraciət edib.

AZXEBER.COM xəbər verir ki, İTV-nin ötən gün "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Çingiz Mustafayevin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlı müraciətində deyilir:

"Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik". 
OXŞAR XƏBƏRLƏR