İTV-də Yeni il çox maraqlı olacaq - VİDEO

İTV-də Yeni il çox maraqlı olacaq - VİDEO
MEDIA
17:33 29.12.2019
2540
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) 2020-ci ili fərqli proqramlar, filmlərlə tamaşaçıların evinin qonağı olacaq.

Bu barədə Oxu.Az-a İTV-nin sədr müavini Tural Sevdimalı məlumat verib.

Onun sözlərinə görə,  İctimai Televiziyanın Yeni ilə hazırlığı, hər il olduğu kimi, bu dəfə də qeyri-adi təqdimatlar, proqramlarla yadda qalacaq:

"Tamaşaçılar üçün dekabr ayının 30-dan başlayaraq bayram əhval-ruhiyyəli səhər proqramları, biri-birindən maraqlı süjetlər efirə gedəcək.

Dekabr ayının 31-i İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir aparıcıları tərəfindən dublyaj edilən, Fransa istehsalı olan "Santa və dəstəsi” filmi efirə gedəcək. Qeyd edək ki, İctimai Televiziyanın efirində yayımlanan bütün xarici filmlərin lisenziyası alınıb.

Bayram gecəsi İTV tamaşaçıları Rusiyanın "Первый” və "Россия 1” kanallarında yayımlanan "Точь-в-точь”, "Один в один” proqram layihələri əsasında hazırlanan maraqlı konsert proqramını izləyə bilərlər. Proqramın özəlliyi xüsusi qrimlər vasitəsilə korifey sənətkarların birəbir obrazlarının canlandırılması və səslərinin bənzədilməsi olacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ən əsas və möhtəşəm hədiyyəsi bayram gecəsi reallaşacaq. Belə ki, Prezident İlham Əliyevin 31-dekabr "Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və "Yeni il” ilə bağlı təbrik nitqindən sonra İTV-də ən sevilən verilişləri, eksklüziv yayımları ilə yeni mövsümünə start vermiş olacaq. 

Bundan başqa yanvar ayının 1-di İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ənənəvi konsert proqramı olan "İstehsal tarixi-2019” efirə gedəcək. Burada 2019-cu ilin ən yadda qalan mahnıları səsləndiriləcək.

Fasiləsiz davam edən proqramda "Zima” beynəlxalq uşaq festivalından olan konsertin də  yayımlanması nəzərdə tutulur.

Bundan başqa yanvar ayının 1-də "Jara” Beynəlxalq Musiqi Festivalı zamanı çəkilən "Jara” filmi dublaj olunmuş versiyada efirə gedəcək.

Hər şey bununla da bitmir. Dekabr ayının 31-dən Yanvar ayının 6-a qədər İctimai Televiziya və Radio Yayımları Şirkəti bütün bayram günləri ərzində bir-birindən maraqlı, bayram əhval ruhiyyəli verilişlərlə tamaşaçılarının evlərinə qonaq olacaq.

Teleradionun yaradıcı kollektivi bayram günlərində balaca tamaşaçılarını da unutmur. Onları sevindirmək üçün İTV gün ərzində "Maşa və Ayı” animasiya filminə də yer ayıracaq.

Bayram axşamı gecə saat 00:00-dan səhər saat 07:00-a qədər Azərbaycan kinoları "Qaynana”, "Ulduz”, "Uşaqlığın son gecəsi” və s. retro filmlər yayımlanacaq.

İTV kanalı bütün Azərbaycan xalqını "Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və "Yeni il” münasibəti ilə təbrik edir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər