İTV-nin mətbuat katibi Tahir Məmmədov bildirib ki, əslində, Xoşqədəm Hidayətqızının sözlərinə fikir verməmək də olardı: “Çünki bu böyük qələbəyə bu və ya digər formada kölgə salmağa cəhd edənlər bir əlin barmağı sayda da deyil. Bu baxımdan o xanıma “sən tək deyilsən” deyə bilməyəcəyəm. O, bu məsələdə tək və kimsəsizdir”. T. Məmmədov X. Hidayətqızının televiziyanı mənimsəmə problemi olduğunu bildirib: “Əgər o, ötən dörd il ərzində “Eurovosion”-nın Azərbaycandan EBU-nun yeganə üzvü İctimai Teleradionun layihəsi olduğunu anlamayıbsa, daha nə deyim?”.
İctimai Televiziyanın auditoriya problemi ilə bağlı iddiaya gəlincə mətbuat katibi gülüşlə qarşılayıb: “Əgər doğrudan da Xoşqədəm Hidayətqızı İTV-ni baxımsız hesab edirsə, onda niyə bu kanaldan layihə keçirməkdən ötrü dəfələrlə baş direktorun qəbulunda oturub və əməkdaşların gözləməsinə səbəb olurdu. X. Hidayətqızının reallaşmasını gözlədiyi layihələri hələ də müvafiq departament rəhbərinin alt siyirməsindədir”.
/// qafqazinfo.az