ANA SƏHİFƏ
SOSİAL:
  • REKLAM
  • BİZİMLƏ ƏLAQƏ
  • MEDİA
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Maqazin
  • İdman
  • Dünya
  • Kriminal
  • Sağlamliq
  • Mədəniyyət
  • Gənclik
  • Müsahibə
  • Hadisə
  • Maraqli
  • Özəl
  • Fotosessiya

Azərbaycan İslam Oyunlarına xərcləyəcək vəsaiti açıqladı- 100 milyon dollar

Azərbaycan İslam Oyunlarına xərcləyəcək vəsaiti açıqladı- 100 milyon dollar
ÖZƏL
15:04 27.12.2016
6420

"Əməliyyat Şirkəti tam şəkildə formalaşıb. Mütəxəssislər öz vəzifələrini icra edir. 60-a yaxın xarici mütəxəssis və 500-ə yaxın yerli gənclər bu işlərin öhdəsindən gəlir. Əsas məsələ açılış və bağlanış mərasimləri ilə bağlıdır".

Bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimindən danışıb: "Bunlar Bakı Olimpiya Stadionunda olacaq və böyük iş tələb edir. Mədəniyyət tədbirləri həyata keçiriləcək. Heç bir sahədə gecikmə yoxdur. Oyunlarda 4 000-ə qədər idmançı, 2 000 nəfər isə texniki şəxs, nümayəndə heyəti olacaq. Ümumilikdə Atletlər Kəndində 6 000-ə yaxın adam olacaq. İslam Oyunlarından sonra Atletlər Kəndi sahibkarlara qaytarılacaq və evlər satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün təxminən 100 milyon dollar nəzərdə tutulub. Bunun 60 milyon dolları bu il, qalan hissəsi gələn il xərclənəcək. Vəsaitin böyük hissəsi əsasən açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulub".

A.Rəhimov Azərbaycanda yaradılacaq Milli Antidopinq Agentliyindən söz açıb: "Müxtəlif ölkələr bu cür yanaşmaların əlehinədir. Çünki elm daim inkişafdadır. 10 ildən sonra dopinqlə mübarizəyə hansı cihazlar yaradılacaq, bu məlum deyil. Bu gün dərman qəbul edib, 10 ildən sonra tapılsa, həmin idmançı öz medalını itirir. Biz razı deyil. Amma Dünya Anti-Dopinq Agentliyinin öz xətti var. Bizdə hazır olmalıyıq. Qanun qəbul olundu. Milli Anti Dopinq Agentliyi qeydiyyatdan keçirildi və yanvarın ilk günlərindən fəaliyyətə başlayacaq. Agentliyin nəzdində 3 - terapevtik, apelyasiya və .. fəaliyyət göstərəcək. Üzümüzə gələn il 400-ə qədər dopinq analizi götürməyi düşünürük. Eyni sayda da İslam Oyunlarında olacaq. Bu da 800 edir və yüksək göstəricidir. Agentliyin rəhbəri Şəfəq Hacıyeva olacaq. Biz onu təklif etdik və qəbul etdi".

Nazir yerli federasiyalarda oxşar adların olmasından söz açıb və Ağırlıqqaldırma Federasiyasında prezident dəyişikliyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib: "Federasiya ictimai birliklərdir. Biz eyniadlı federasiyanın olmasına icazə vermirik. Belə olarsa, Ədliyyə Nazirliyində məsələ qaldırırıq. Bu gün Ağırlıqqaldırma Federasiyasının prezidenti Cahangir Hacıyevdir. Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibinin müavinidir. Təbii ki, o federasiya ilə də əlaqələrini pozmayıb".

///"Report"

 

  • PAYLAŞ
OXŞAR XƏBƏRLƏR
Azərbaycan İslam Oyunlarına xərcləyəcək vəsaiti açıqladı- 100 milyon dollar
ÖZƏL
15:04
Azərbaycan İslam Oyunlarına xərcləyəcək vəsaiti açıqladı- 100 milyon dollar
ƏN SON XƏBƏRLƏR
Tənhalığın portreti
15:04 06.06.2026
Tənhalığın portreti
Azərbaycan Ordusunun hərbçisi həlak oldu - FOTO
14:56 06.06.2026
Azərbaycan Ordusunun hərbçisi həlak oldu - FOTO
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
14:39 06.06.2026
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Ayxan Abbasov oyunda dalaşan futbolçuları millidən qovdu
14:29 06.06.2026
Ayxan Abbasov oyunda dalaşan futbolçuları millidən qovdu
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək
14:13 06.06.2026
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək
Əfqanıstan vətəndaşları sərhədimizi pozmağa cəhd etdi
13:50 06.06.2026
Əfqanıstan vətəndaşları sərhədimizi pozmağa cəhd etdi
Sabahın hava proqnozu AÇIQLANDI
13:27 06.06.2026
Sabahın hava proqnozu AÇIQLANDI
ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək
13:13 06.06.2026
ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək
“Fənərbaxça”da səs-küylü transferlər
12:57 06.06.2026
“Fənərbaxça”da səs-küylü transferlər
Bu da yeni 100 manat - VİDEO
12:52 06.06.2026
Bu da yeni 100 manat - VİDEO
Hasan Can Kaya ABŞ-də evləndi - FOTOLAR
12:47 06.06.2026
Hasan Can Kaya ABŞ-də evləndi - FOTOLAR
Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü
12:40 06.06.2026
Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü
Tanınmış professor vəfat etdi - FOTO
12:34 06.06.2026
Tanınmış professor vəfat etdi - FOTO
Azərbaycanda siqaret BAHALAŞIR? - 30 qəpik…
12:26 06.06.2026
Azərbaycanda siqaret BAHALAŞIR? - 30 qəpik…
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək
12:20 06.06.2026
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək
Livan ordusunun generalı və sürücüsü öldürüldü
12:11 06.06.2026
Livan ordusunun generalı və sürücüsü öldürüldü
BÜTÜN XƏBƏRLƏR
Copyright 2010-2025. “Azxəbər” İnformasiya Agentliyi. Müəllif Hüquqları Qorunur.
Created by