İvanişvili Saakaşvilini həbslə hədələdi

İvanişvili Saakaşvilini həbslə hədələdi
DÜNYA
10:40 30.10.2013
1048
Vəzifəsini tərk edən Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, Bidzina İvanişvilinin hökumətinin məmurları onu məhkəməyə verəcəkləri ilə hədələyiblər.ANS PRESS "BBC"yə istinadən bildirir ki, bu barədə o, bu gün Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşündə bildirib. Gürcüstan prezidentinin sözlərinə görə, məmurlar onu salacaqları həbsxananın adını da çəkiblər.Saakaşvili sanır ki, onun həbsi Gürcüstanın Moskva ilə münasibətlərinin normallaşdırılması üçün əsas şərtidir. Barrozu isə bildirib ki, Gürcüstan seçki məsələsinə məhkəməni qarışdırmamalıdır.
OXŞAR XƏBƏRLƏR