IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi - FOTOLAR

MƏDƏNİYYƏT
20:38 11.11.2023
1083
Paytaxtımız növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir. 2009-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Kitab Sərgisi 9-cu dəfə kitabla bağlı və kitaba bağlı olan hər kəsi – naşirləri, yazarları, kitabın çapı, yayımı ilə məşğul olan təsisatları, kitabxanaları, bu sahədə aidiyyəti dövlət qurumları, ən nəhayət, oxucuları bir araya gətirib.
Noyabrın 11-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi.

Açılış mərasimində elm adamları, səfirlər, millət vəkilləri,  tanınmış mədəniyyət və ədəbiyyat nümayəndələri iştirak edirdilər.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq diqqətə çatdırdı ki, 9-cu sərgi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Ulu öndər hər zaman kitaba, kitab sənayesinin inkişafına böyük diqqət  göstərib. Dahi siyasətçi oxu mədəniyyətini, nəşriyyat işinin inkişafını hər zaman öz qayğısı ilə əhatə edib.
Bildirildi ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ədəbiyyat sahəsinə, yazarlara, kitab sənayesi, bütövlükdə nəşriyyat sahəsinin inkişafına ciddi dəstək verilir. Kağız idxalının və istehsalının ƏDV-dən azad olunması, eləcə də hər il bir sıra ölkələrdə Azərbaycanın kitab mədəniyyətinin təbliğinə şərait yaradılması bu diqqətin təzahürüdür.
Qeyd olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Eyni zamanda mədəniyyət Qarabağımıza qayıdır. Həmin ərazilərdə kitabxanaların yaradılması istiqamətində də addımlar atılır. Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi "Qarabağa kitabla gedək!" kitabtoplama layihəsi kitab fondunun zənginləşdirilməsinə öz töhfəsini verəcək.

Nazir çıxışının sonunda bütün sərgi iştirakçılara uğurlar arzuladı. 

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli,  millət vəkilləri, akademik Nizami Cəfərov, Fazil Mustafa,  ombudsman Səbinə Əliyeva,  Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid sərginin əhəmiyyətini qeyd etdilər. 

Vurğulandı ki, kitab bəşəriyyətin və insanların həyatında çox mühüm yer tutan amillərdən biridir. Əsrlər boyu yazarlarımız, mütəfəkkirlərimiz dünya ədəbiyyatına mühüm töhfələr veriblər. Bununla da Azərbaycanı ədəbiyyat və fikir məkanı kimi dünya xəritəsinə yerləşdiriblər. Artıq 9-cu dəfə təşkil edilən sərgi həm Azərbaycan kitabının beynəlxaq aləmdə, həm də dünya kitabının Azərbaycanda təbliğinə xidmət edir. 

Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov Bakı Beynəlxalq Kitab Sərgisini Cənubi Qafqazın ən böyük ədəbi tədbiri kimi dəyərləndirdi:
"Bu il ilk dəfə sərgidə fəxri qonaq kimi çıxış edirik və bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür edirik. Təxminən 100 kvadratmetr sahəsi olan Rusiya stendinin rəflərində klassik, müasir əsərlər, bədii ədəbiyyat və s. yer alıb. Burada 30 rus nəşriyyatı təmsil olunur. Əminəm ki, Bakı Beynəlxalq Kitab Sərgisi Rusiya ilə Azərbaycan arasında mədəni-təhsil əlaqələrinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək”.

Çıxışlardan sonra nazir Adil Kərimli və qonaqlar sərgi ilə tanış oldular. 

Qeyd edək ki, "Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə gerçəkləşən sərgidə "Zəfər”, "Şuşa” və "Xudafərin” adlı üç təqdimat zonası fəaliyyət göstərir.

Sərgi səhər 10:00-dan axşam 20:00-dək açıq olacaq. Ənənəvi olaraq bu dəfə də sərgi ziyarətçilərinin metronun "Elmlər Akademiyası”, "28 May” və "Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin edilir. Sərgiyə giriş sərbəstdir.
 


















 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb