Rusiyanın şimalında yaşayan Nen xalqı özlərinin qədim yaşam tərzlərini hələ də müasirliyə dəyişmək istəmir.
AZXEBER.COM-un verdiyi xəbərə görə, onların ən böyük fərqliliyi isə çiy ət yemələridir.
Belə ki, nenlərin menyusunda maral qanı, təzə qaraciyər, böyrək kimi ekzotik yeməklər yer alır.
Həmçinin dil və sucuq da onların əsas ləzzətli yeməklərindən hesab olunur.
Sakinləri çiy ət və qan yeməyə soyuq və quru şəraiti məcbur edir. Dondurucu soyuqda yaşayan köçəri nenlər orqanizmləri üçün lazım olan vitamini əsasən maral ətindən alırlar. Bu orqanizmin vitamin tələbini xüsusilə də C və B2 vitaminini ödəmək üçündür ki, maral ətində isə bu vitaminlər kifayət qədərdir. Bildirək ki, nenlər də bu vitaminləri yetərincə qəbul etdiklərindən heç vaxt sınqa xəstəliyindən əziyyət çəkmirlər.
Maral əti olduqca dadlı və yumşaq ətdir.
Qızardılmış maral əti də xoşlayan yerli sakinlər bundan başqa mal əti, donuz əti və balıq da yeyirlər. Bunları isə əsasən buğlama və qızartma formasında qəbul edirlər.


