İYİ Partiyanın sədr müavini Erhan Usta 2024-cü il Bələdiyyə seçkilərində bəzi böyük şəhər bələdiyyələrinin İYİ partiyaya verilməsi şərti ilə CHP ilə əməkdaşlıq edə biləcəklərini bildirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kemal Kılıçdaroğlunun 28 Mayda keçirilən prezident seçkilərində növbəti dəfə məğlub olması Millət İttifaqını sarsıdıb. Akşenerin etirazına baxmayaraq, Kılıçdaroğlunun namizəd olması və seçkidə uduzması gündəm yaradıb. Müxalifət düşərgəsində Kılıçdaroğlunun istefasını tələb edənlərin sayı artır.
Millət Alyansının taleyi qeyri-müəyyən olduğu və yerli seçkilərdə əməkdaşlıq edib-etməyəcəyi ilə bağlı hələlik heç bir açıqlama verilmədiyi halda İYİ Partiyasının sədr müavini Erhan Usta Halk TV-də qiymətləndirmələr edib.
Sədr müavini bildirib ki, yerli seçkilərdə bəzi böyük şəhər bələdiyyələrinin İYİ Partiyaya verilməsi şərti ilə CHP ilə əməkdaşlıq edilə bilər.
Mikayıl