İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
İQTİSADİYYAT
15:45 24.07.2026
168
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

ƏƏSMN-dən AZXEBER.COM-a verilən məlumata görə, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bildirilib ki, bundan əvvəl iyulun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.
OXŞAR XƏBƏRLƏR