İyun ayında Əl-Əqsa məscidinə edilən hücumların sayı açıqlandı

İyun ayında Əl-Əqsa məscidinə edilən hücumların sayı açıqlandı
DÜNYA
13:16 03.07.2025
172
Yəhudilər iyun ayında Əl-Əqsa məscidinə 25 dəfədən çox basqın ediblər.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, israillilər tərəfindən işğal olunmuş Fələstin torpaqlarında müsəlmanların müqəddəs yerlərinə edilə
n hücumlar ilə bağlı məlumat verilib.

İsrailin iyun ayında müsəlmanların və xristianların müqəddəs yerlərini, xüsusilə Məscidül-Əqsa və Haram-ı İbrahim məscidinin hədəf alındığı vurğulanıb.

Açıqlamada israillilərin və İsrail təhlükəsizlik birliklərinin iyun ayında Məscidül-Əqsaya 25 dəfədən çox basqın edərək dini ayinlər yerinə yetirdiyi, Əqsanın 11 dəfə ibadət üçün bağlandığı və müsəlmanların məscidə girməsinin qarşısı alındığı vurğulanıb.

İsrailin Məscidül-Əqsada ibadət edən müsəlmanların sayını məhdudlaşdırdığı, Qüdsün Qübbəsini və Qüdsün Köhnə şəhərini yəhudiləşdirmək məqsədi ilə sərt tətbiqlər həyata keçirdiyi qeyd edilib.

Gülay
OXŞAR XƏBƏRLƏR