İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu

İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
SOSİAL
09:57 02.06.2020
2032
İyun ayında Azərbaycanda iki bayram 15 İyun – Milli Qurtuluş Günü və 26 İyun – Silahlı Qüvvələr Günü qeyd ediləcək.

AZXEBER.COM xəbər verir ki, Nazirlər Kabinetinin 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına əsasən həmin günlər qeyri-iş günüdür.

Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq.
OXŞAR XƏBƏRLƏR