İyun ayının qeyri-iş günləri açıqlandı

İyun ayının qeyri-iş günləri açıqlandı
SOSİAL
17:15 04.05.2017
1192

 

Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq.

Nazirlər Kabinetindən report-un sorğusuna cavab olaraq bildirilib ki, 26 iyun - Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibətilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.

Beləliklə, hər iki bayram münasibətilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.


OXŞAR XƏBƏRLƏR