15 iyun - Milli Qurtuluş günü və 26 iyun - Azərbaycan Silahlı Qüvvələr günü ilə əlaqədar iyun ayında qeyri-iş günlərinin sayı məlum olub.AZXEBER.COM xəbər verir ki, bu il 15 iyun çərşənbəyə, 26 iyun bazar gününə təsadüf edir.Əmək Məcəlləsinə əsasən, 26 iyun bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 27 iyun qeyri-iş günü sayılacaq.