“İZ Community” tərəfindən yubiley yarmarka-vorkşopu təşkil olunacaq

“İZ Community” tərəfindən yubiley yarmarka-vorkşopu təşkil olunacaq
SOSİAL
10:48 03.06.2025
398
Rəna Nəcəfzadə-Səadəddinovanın rəhbərlik etdiyi qadınlar cəmiyyəti "İZ Community” tərəfindən 10-cu yubiley yarmarka-vorkşopu – "Squeeze the Moment" təşkil olunacaq.

AZXEBER.COM xəbər verir ki, 5 və 6 iyun tarixlərində, saat 12:00-dan 20:00-dək Bakıda keçiriləcək yarmarka-vorkşopa giriş sərbəstdir.

Builki tədbir inkişaf, ilham və səmimi ünsiyyət axtaran yüzlərlə qadını bir araya gətirir.

Tədbir şəhərin ən ab-havalı məkanlarından biri olan "Gizli Bahçe”də keçiriləcək və yerli, eləcə də beynəlxalq brendləri birləşdirəcək – dizayner geyimləri və akssesuarlarından tutmuş kosmetika, keramika və dekor məhsullarına qədər.
 

 

Qonaqları limon mövzulu master-klaslar, yay ab-havalı fotosahələr, musiqi proqramı və tanınmış media simaları ilə canlı diskussiya gözləyir.

"Bizim üçün ən vacibi – hər bir qadının özünü ifadə edə biləcəyi, işini tanıdacağı və həmfikir qadınlarla tanış olacağı bir mühit yaratmaqdır. Biz ilk addımlarını atan sahibkar qadınlara və startapçılara dəstək oluruq”, - deyə "İZ Community”nin təsisçisi Rəna Nəcəfzadə-Səadəddinova bildirib.

"İZ Community” bu günə qədər 6000-dən çox aktiv iştirakçı, 450-dən artıq tədbir və 15000-dən çox ziyarətçi ilə böyüməyə davam edir.

 


OXŞAR XƏBƏRLƏR