İzmirin Kemalpaşa rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kızılüzüm Məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə İzmir Meşə Region Müdirliyinə aid 1 təyyarə, 4 helikopter, 24 su maşını, 3 su təchizatı maşını və 2 dozer bölgəyə göndərilib.
Yanğınsöndürənlərin yanğını nəzarət altına almaq üçün səyləri davam edir.
Gülay