İzmirdə güclü yağışdan sonra küçələr gölə çevrildi

İzmirdə güclü yağışdan sonra küçələr gölə çevrildi
DÜNYA
14:02 16.01.2024
155
İzmirdə yağan güclü yağış həyatı iflic edib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin sözün əsl mənasında suya qərq olduğu şəhərdə vətəndaşların bir qismi gölə dönən yollardakı dayanacaqlara sığınıb.

Qış ölkə daxilində öz təsirini göstərməyə başlayıb. Meteorologiyanın xəbərdarlığından sonra şəhərə gözlənilən leysan yağışı başlayıb.

Bununla bağlı dünən axşam saatlarında yağmağa başlayan və gecə boyu davam edən güclü yağış həyatı iflic edib.

Prospektlər və küçələr göllərə çevrilib. Vətəndaşlar avtobus dayanacaqlarına sığınıblar.

Ayşən
OXŞAR XƏBƏRLƏR