Türkiyədə narkotik əməliyyatında saxlanılan 20 şübhəli həbs edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Türkiyənin İzmir şəhərində keçirilib.
Türkiyədə polis qrupları narkotik satıcıları üzərində iş başladıb. 3 aylıq texniki və fiziki müşahidədən sonra göstərilən ünvanlarda eyni vaxtda əməliyyatlar aparılıb.
Əməliyyatda çoxlu sayda narkotik maddə ələ keçirilib və 20 şübhəli saxlanılıb.
Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilərin hamısı gətirildikləri məhkəmə tərəfindən həbs edilib.
Oksana