İzmirdə terror əməliyyatı -238 şübhəli həbs edildi

İzmirdə terror əməliyyatı -238 şübhəli həbs edildi
DÜNYA
13:30 09.04.2024
110
Son 7 ayda terror təşkilatlarına qarşı keçirilən 420 əməliyyatda 1071 şübhəli saxlanılıb, 238-i həbs olunaraq həbsxanaya göndərilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu çərçivədə təhlükəsizlik qüvvələri şəhər mərkəzləri ilə yanaşı kənd yerlərində də əməliyyatlarını davam etdirir. Terrorla mübarizədə İzmirdə də mühüm uğur əldə edilib.

İzmir Respublika Prokurorluğu Terror Cinayətləri Bürosu tərəfindən son 7 ayda terror təşkilatlarına qarşı aparılan araşdırmalar çərçivəsində 420 əməliyyat həyata keçirilib.

Polis tərəfindən həyata keçirilən əməliyyatlarda barələrində həbs qərarı çıxarılan 1071 şübhəli saxlanılıb.

Məhkəməyə gətirilən şübhəlilərdən 238-i həbs edilib, 561-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Nəzrin
OXŞAR XƏBƏRLƏR