İzzət Aydın: "Azərbaycan xalqı türk xalqı ilə bir ürək olub, zəlzələnin yaralarını sarmağa çalışır"

İzzət Aydın: "Azərbaycan xalqı türk xalqı ilə bir ürək olub, zəlzələnin yaralarını sarmağa çalışır"
SİYASƏT
13:59 15.02.2023
1054
Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Sosial Media İstifadəçiləri Assosiasiyasının (USMEK) rəhbəri İzzet Aydın AZXEBER.COM-a müsahibə verib.

 - Dəhşətli zəlzələ baş verən Kahramanmaraşda son vəziyyət necədir?

- 6 Fevral, bazar ertəsi günü saat 04:17-də Kahramanmaraşın Pazarcık rayonunda 7.7, saat 13.24-də Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. 

Zəlzələlər, Kahramanmaraş, Hatay, Adıyaman, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Malatya və Kilisdə böyük dağıntılara səbəb olub. Zəlzələnin ilk dəqiqələrindən dövlət qurumları və özəl qurumlardan ibarət qruplar intensiv işlərə başlayıb. 99 ölkə zəlzələ bölgəsinə yardım təklif edib, 68 ölkədən xilasedicilər gəlib. 

- Zəlzələ ilə bağlı Türkiyə mediasının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Türkiyə mediası zəlzələ kimi təbii fəlakətlərə qarşı çox həssasdır. Biz ölkə olaraq keçmişdə böyük zəlzələlər, fəlakətlər yaşamışıq. Bu səbəbdən türk jurnalistləri bu sahədə təcrübəlidirlər. Kahramanmaraş zəlzələsində də çox yaxşı imtahan verdilər. Jurnalistlər ilk dəqiqələrdən zəlzələ bölgəsinə axın etdilər. Hələ də orada işləyirlər. Qruplarla birlikdə xilasetmə işlərini yerində izləyir və hadisələri anbaan ictimaiyyətə çatdırırlar. Jurnalistlər çox fədakarlıq edirlər. Onların xəbərlərində insanlara yardım məqsədi hiss olunur. Bu səbəbdən də zəlzələdə türk mediasının rolu çox dəyərlidir. Biz jurnalistləri təqdirlə izləyirik.

 - Azərbaycan xalqının, dövlətinin və mediasının dəstəyi haqqında nə düşünürsünüz?

- Azərbaycan bizim qardaş ölkədir. "İki dövlət bir millət” şüarı indi hər iki ölkədə devizə çevrilib. Biz zəlzələdə Azərbaycan xalqının yardım əlini aydın hiss etdik. Yeddidən yetmişə qədər Azərbaycan xalqı gecə-gündüz köməyə tələsirdi. Azərbaycan hökuməti yardım qruplarını səfərbər edərək Türkiyəyə göndərib. Qeyri-hökumət təşkilatları yardım dəstələri göndərir. Azərbaycan xalqı türk xalqı ilə bir ürək olub, zəlzələnin yaralarını sarmağa çalışır. Azərbaycan mediası zəlzələ xəbərləri ilə ictimaiyyətdə maarifləndirmə yaradıb.  Azərbaycan zəlzələnin ilk günündən Türkiyənin yanında olub, qardaş ölkə olduğunu bir daha göstərdi. Biz Azərbaycan xalqını çox sevirik. Qardaş ölkə kimi onlar da bizi çox sevirlər. USMEK adından Azərbaycan hökumətinə və hər bir Azərbaycan vətəndaşına minnətdarlığımızı bildiririk. Yaxşı ki, varsınız.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
02:13 16.03.2025
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü