İzzət film çəkdi: "Ümidlər puç olanda"

İzzət film çəkdi: "Ümidlər puç olanda"
MAQAZİN
12:23 09.10.2018
3620
Müğənni İzzət Bağırovun həm ssenaristi, həm də baş rol ifaçısı olduğu "Ümidlər puç olanda” filminin qala gecəsi keçirilib. 
 
AZXEBER.COM-un məlumatına görə, Nizamin Kino Mərkəzində baş tutan gecədə məşhurlar da iştirak edib. 

 

Filmin quruluşcu rejissoru Samir Qulamovdur. Filmdə müğənninin özü ilə yanaşı əməkdar artist Mehriban Xanlarova, aktrisa Gülşən Hüseynli və başqaları rol alıblar. 

İ.Bağırov jurnalistlərin suallarını cavablandıraraq, melodrama janrında olan ekran işindən danışıb:

"İndi hamı komediya çəkir. Təbii ki, burada İzzət Bağırov adı varsa, bu komediya olmayacaq. Bir dəfə komediyada rol almışam. O da Rafael və Coşqunun, "Bu şəhərdə”nin çəkdiyi "Bakı-Moskva qatarı” olub. Filmin ssenarisi mənə məxsusdursa, bu  olacaq. Bu mövsüm yeddi-səkkiz film var. Hamısı da komediyadır. Bir melodrama var, o da mənə aiddir. Buna görə də mənə rəqib yoxdur. Amma olsa da olar, mənə görə problem deyil. Mən rəqabəti sevirəm”.

Müğənni filmin ssenarisindən bəhs edib:

"Burada keçmişdə dost olan iki ailənin faciəsindən bəhs edir. Filmdə mənim atam öz dostunun günahına görə həbsxanaya düşür. Biz ssenarini elə yazdıq ki, atam həbsxanadan çıxdıqdan sonra bilinir hər şey. Sevgiyə çox da yer verilməyib, faciələr isə olduqca çoxdur. İnşallah baxıb görəcəksiniz.

Bilirik ki, filmlər ucuz başa gəlmir. Amma hal-hazırda ekran işində ən ucuz başa gələn aktyorlara verilən qonorarlardır. Ssenaristi olduğum filmdə hər bir aktyor son manatına qədər qonorarlarını alıblar. Bircə dostum Elçin və oğlum almayıb. Ən çox pul aparan isə texnika, məkanlar və gündəlik tələbatların qarşılanmasıdır. Filmdə həbsxana səhnəsini çəkmək də çətindir. Amma 9 saylı həbsxananı özüm seçdim, çünki çəkiliş meydançasına yaxın idi”.


OXŞAR XƏBƏRLƏR