İzzet Yıldızhan qətl işi üzrə bəraət aldı

İzzet Yıldızhan qətl işi üzrə bəraət aldı
DÜNYA
13:17 17.10.2026
146
Türkiyəli müğənni İzzet Yıldızhan futbolçu Kubilay Kaan Kundakçının qətlə yetirilməsi ilə bağlı məhkəmə işində bəraət alıb.

İstanbulda keçirilən məhkəmə prosesində sənətçinin üzərinə atılımış ittihamlarla bağlı bəraət qərarı verilib.

Qeyd edək ki, 21 yaşlı futbolçu Kubilay Kaan Kundakçı martın 19-da İstanbulun Ümraniyə rayonunda silahlı hücum nəticəsində həyatını itirib. Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində İzzet Yıldızhan da saxlanılmış, daha sonra məhkəmə nəzarəti altında sərbəst buraxılmışdı.
//axşam.az
OXŞAR XƏBƏRLƏR