Jah Khalib övladının səhhətinə görə konsertlərini ləğv etdi

Jah Khalib övladının səhhətinə görə konsertlərini ləğv etdi
MAQAZİN
10:24 07.08.2025
141
Əslən azərbaycanlı olan qazaxıstanlı müğənni Jah Khalib bütün konsertlərini ləğv edib.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib.
 
Onun bu qərarı verməsinə səbəb övladının səhhətindəki prolem olub:
 
"Əziz dostlar, Qazaxıstanda qarşıdan gələn konsertlərimizdə iştirak etməyi planlaşdıran hər kəsə müraciət etmək istərdim. Təəssüf ki, sizə bildirməliyəm ki, bu turu ya ləğv edəcəyəm, ya da təxirə salacağam (gözləməyə hazırsınızsa). Səbəb yeni doğulan qızımın əməliyyatdan sonra vəziyyətinin ağır olmasıdır. Gücümü toplamağa çalışsam da, səhnəyə çıxa bilməyəcəm. Və təbii ki, indi dəstəyimə xüsusi ehtiyacı olan həyat yoldaşımın yanında olmalıyam. Anlayışınıza ümid edirəm və bacardığınız qədər uşaqlarımızın sağlam olması üçün dua etməyinizi xahiş edirəm".
 
Aysel

 


 



OXŞAR XƏBƏRLƏR