Jah Xalibə bir zərbə də Lobodadan gəldi

Jah Xalibə bir zərbə də Lobodadan gəldi
MAQAZİN
18:25 13.06.2024
358

Ukraynanın Əməkdar artisti Svetlana Loboda zərbaycan əsilli məşhur qazax reper Jah Xaliblə (Bəxtiyar Məmmədov) duet oxumayacağını bildirib.

AZXEBER.COM Axşam.aza istinadən xəbər verir ki, ifaçı buna səbəb Xalibin daha əvvəl verdiyi və müzakirələrə səbəb olan açıqlaması ilə əlaqədar olduğunu açıqlayıb:

"Jah Xalib haqqında eşitdim (qadınlar haqqında dediyi fikirləri nəzərdə tutur - red.). Yox, duet olmayacaq. Dediyiniz hər sözə görə məsuliyyət daşıdığınız bir dövrdür. Bir şey deməzdən əvvəl yaxşı düşünməlisən. Nə dediyini, nəyi nəzərdə tutduğunu bilmirəm. Amma insan zarafat etsə belə, buna görə məsuliyyət daşıyır. Üzr istəməlisən, özün izah etməlisən. Etməsən, adətən silinirsən.

Kimləsə mahnı oxuyanda bu sənətçiyə hörmət etmək mənim üçün önəmlidir. Xüsusilə son iki ildə kimlərlə ünsiyyət qurduğumu, onları dəqiq təhlil etməliyəm".

Qeyd edək ki, ötən ilin noyabrında həyat yoldaşı Səltənət Nukenovanı öldürməkdə təqsirləndirilən Qazaxıstanın sabiq iqtisadiyyat naziri 43 yaşlı Kuandıq Bişimbayevin məhkəməsi və ümumilikdə Qazaxıstanda qadınlara qarşı zorakılıq mövzusunun müzakirəsi fonunda internet istifadəçiləri Xalibin sözügedən açıqlamasını önə çəkiblər. 

Reper "Qastrol səfərində olanda həyat yoldaşım şəhərin mərkəzində gəzəndə kimsə ona sataşsa, başıbağlı olduğunu görən müsəlman qardaşım mənim yerimə onu qoruyacaq. Rahat olacağam ki, həyat yoldaşıma küçədə pis gözlə baxmayacaqlar, o təhlükəsiz olacaq" sözlərini işlətmişdi.

Bundan sonra sosial media istifadəçiləri reperin mahnılarının silinməsini, konsertlərinin isə ləğv olunması, ümumilikdə, ölkədəki fəaliyyətinin dayandırılmasını tələb ediblər. İstifadəçilər Xalibə qadınların geyimi ilə bağlı şərh verməkdənsə, mahnı yazmağı məsləhət görüblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi