Jalə Əliyeva: "Gənclərə də demək istəyirəm ki..." (EKSKLÜZİV MÜSAHİBƏ)

Jalə Əliyeva: "Gənclərə də demək istəyirəm ki..." (EKSKLÜZİV MÜSAHİBƏ)
GƏNCLİK
07:22 01.08.2011
2264

Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva festivalla bağlı AZXEBER.COM-a eksklüziv müsahibə verib.

- Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı keçirmək ideyası necə yarandı?
- Bildiyiniz kimi, bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ problemidir. Biz bu məsələdə bir olmalıyıq. Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalının keçirilməsi xalqımız üçün çox əhəmiyyətlidir. Gənclərdə vətənpərvərlik hissini daha da artırmaq, onların vətənə, xalqa layiqli övlad olmaları üçün hər birimiz çalışmalıyıq. Hər bir Azərbaycan vətəndaşı, Azərbaycan gənci prezidentimizin ətrafında sıx birləşməlildir. Bu teatr festivalı da məhz buna istiqamətlənib. Biz dəfələrlə qeyd etmişik ki, bu teatr festivalında əsas qalib olmaq deyil, əsas iştirakdır. Çünki bu festival Vətənə olan hisslərimizin, məhəbbətimizin göstəricisidir. Vətənini sevən hər bir kəs bu festivala qatıla bilər. Təsadüfi deyil ki, festival Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunur. Mübariz xalqımızın böyük oğludur. O, hər bir Azərbaycan gəncinə nümunədir. 

- Layihə neçə mərhələdən ibarət olacaq?
- Layihə üç mərhələdə keçiriləcək. Avqustun sonunadək davam edəcək birinci mərhələ vətənpərvərlik mövzusunda yazılan ssenarilərin və bu ssenariləri teatrlaşdıracaq yaradıcı kollektivin qəbuludur. Sentyabrdan başlayacaq ikinci mərhələdə isə təsdiq olunan ssenarilər və yaradıcı qruplar festivalda iştirak etmək hüququ qazanacaqlar. Sonda Bakıdakı teatrların birində festival keçiriləcək və festivaldan sonra qaliblərin adları elan ediləcək. Bu layihə Azərbaycan Müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlıdır. Layihə məhz o ərəfədə yekunlaşacaq.

- Sonda AZXEBER.COM oxucularına nə demək istərdiz?
- Sonda bir daha bizə dəstək olan hər bir kəsə minnətdaram. Xüsusən, Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər və İdman Nazirliyinə. Əminəm ki, layihənin sonunda layiq olan kollektiv qalib olacaq. Bir daha qeyd edirəm ki, layihədə əsas iştirakdır. Gənclərə də demək istəyirəm ki, bir az aktiv olsunlar və festivala qatılsınlar.

Hacıbəy HEYDƏRLİ 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım