JLO dünya turuna ilk olaraq Türkiyədən başlayacaq

JLO dünya turuna ilk olaraq Türkiyədən başlayacaq
MAQAZİN
11:32 09.04.2025
239
Dünya ulduzu Cennifer Lopez dünya turnesinə çıxmağa hazırlaşır.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Lopezin dünya turları siyahısında ilk olaraq Türkiyə var.
 
Türkiyədə iki məkanda çıxış edəcək məşhur sənətçi ilk qastrol proqramına Türkiyənin Antalya şəhərindən başlayacaq.
 
Pərəstişkarları ilə bir araya gələcək latın ulduz məşhur mahnıları ilə yanaşı, yeni albomu olan "JLO Live In 2025"in də tanıtımını edəcək.

Gözəlliyi, bədən quruluşu, aktyor oyunu və səhnə performansı ilə milyonları heyran edən məşhur ulduzunun dünya turu proqramının ikinci dayanacağı isə İstanbul olacaq.
 
Lopez İstanbul Yenikapı Festival Parkında türkiyəli sevənləri ilə görüşəcək.
 
Aysel
OXŞAR XƏBƏRLƏR