1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Joseph’s Sliders” restoranı Ümid Yeri cəmiyyətinin valideyn himayəsindən məhrum olan uşaqları üçün xeyriyyə tədbiri keçirib
Hədəf kütləsi uşaqlardan ibarət olan "Joseph’s Sliders” restoranı tədbir iştirakçılarını özəl resept əsasında hazırlanan menyusuna aid təamlara və içkilərə qonaq etdi. Xeyriyyə tədbirinə cəlb olunan kloun və cizgi filmi qəhrəmanları da uşaqların əyləncəsinə rəng qatıblar. Musiqi, rəqs və fərqli animasyon müsabiqələrin müşaiəti ilə keçən tədbir kimsəsiz uşaqları qayğı və komplekslərindən azad edib, nağıllar aləminə apardı.
Tədbirdən çəkilən qısa fotoreportajı təqdim edirik:






