Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel NATO-nun Baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
"Biz Ukraynaya dəstəyimizi necə artırmaq mümkün olduğu barədə danışdıq. Ukraynaya qarşı müharibə hər birimizin təhlükəsizliyimizə təhdiddir. Beynəlxalq səfərbərliyimiz və əlaqələndirilmiş dəstəyimiz davam edəcək”, - J.Borel bildirib.