"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, o hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AZXEBER.COM-a faktı təsdiqləyiblər.
Qurumdan bildiriblər ki, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.