Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır

Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq lazımdır
SOSİAL
18:08 22.06.2017
1861
Vüqar Rəhimzadə,
"İki Sahil" qəzetinin baş redaktoru

Artıq sayılı günlər qalıb. Təxminən bir ay sonra haqqı və ehtiyacı olan 255 jurnalistə mənzil veriləcək. Təbii ki, tam təmənnasız şəkildə. Bu möhtəşəm layihənin müəllifi isə möhtərəm Prezidentimiz İlham Əliyevdir. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev. Dövlətimzin başçısı növbəti humanist addımı ilə bir daha sübut etdi ki, bu gün dünyanın heç bir ölkəsində jurnalistə bu qədər qayğı ilə yanaşılmır, onun sosial problemlərinə bu qədər həssas şəkildə diqqət göstərilmir.
 
Dövlətimiz hər bir vətəndaşına sahib çıxmağı bacarır, o cümlədən həkiminə, müəllimnə, jurnalistinə... 2013-cü ildə 156 mətbuat nümayəndəsinin və onların ailə üzvlərinin yaşadığı böyük sevincdən bu il daha 255 jurnalistə pay düşəcək. Bundan gözəl nə ola bilər ki? İllərdir ev arzusunda olan, mətbuatımızın inkişafında mühüm xidmətləri ilə fərqlənən həmkarlarımız nəhayət öz şəxsi mənzillərinə qovuşacaqlar. Hesab edirəm ki, bu işin maddi tərəfi ilə yanaşı, mənəvi çalarları daha diqqətçəkəndir. Hər bir halda dünyada bənzəri olmayan bu xeyirxah, nəcib təşəbbüsü sadəcə olaraq ən azından alqışlamaq lazımdır. Təəssüf ki, bəzən insanın içindəki qaranlıq məqamlar, bəslədiyi kin, qərəz ətrafda baş verən müsbət hadisələri görməyə imkan vermir. Dövlətin öz vətəndaşına sahib çıxmasına, onun sosial problemlərinin həllinə dəstək olmasına əyri gözlə baxanlar bu incə məqamda belə mövcud durumdan şəxsi maraqları üçün istifadə edərək xəbisliyi büruzə verməyə çalışırlar. Belələri şəxsi və korporativ maraqları naminə dövlətin fəaliyyətinə, onun müdrik siyasətinin uğurlu nəticələrinə kölgə salmaq niyyətlərini ortaya qoyur, ictimai şüurla manipulyasiya edərək çaşqınlıq yaratmağa cəhd göstərirlər.
 
Bir müddət əvvəl "dövlət jurnalistə niyə ev verməlidir” kimi mənasız, gülünc çağırışlar edən bəzi münəccimlər indi atılıb düşüblər ortaya ki, bəs filan jurnalistlərin ev almağa haqqı var. Özü də əllərində tərtib etdikləri qondarma "siyahılarla”. Bugünlərdə "qabağa düşən” Əvəz Zeynallı Milli Mətbuat Günündə jurnalistlərə verilməsi planlaşdırılan mənzillərlə bağlı saxta və qondarma "sorğu” keçirib. Ə.Zeynallının keçirdiyi "sorğunun” nəticələrində böyük əksəriyyəti jurnalistikaya aidiyyəti olmayan, daim informasiya təxribatı törətməyə cəhd edən "jurnalistlərin”, sosial şəbəkə trollarının adları əks olunub.
 
Mətbuat Şurasının "qara siyahısı” da əlavə etsək, "siyahı” tamamlanar. Bu cür halların baş verməsini təbii qarşılayıram. Çünki cəmiyyətdə hər ağılda, hər əqidədə insana rast gəlmək olar və hər kəs öz düşüncəsinə görə davranır, addım atır, nəyəsə qiymət verməyə çalışır. Ancaq jurnalistikada olub, jurnalistlərin maddi vəziyyətini bilib "dövlət jurnalistə niyə ev verməlidir” kimi qərəzli və yersiz çağırış etmək normal, sağlam düşüncə tərzindən uzaqdır. Guya bu zaman jurnalistlər dövlətdən asılı vəziyyətə düşürlər və öz müstəqilliklərini itirirlər. Məsələyə tamamilə qərəzli, qeyri-obyektiv yanaşmadır bu. Dövlətimiz jurnalistlərə hər hansı bir formada dəstək olanda onları siyasi baxışına görə ayırmır.
 
2013-cü ildə mətbuat işçiləri üçün istifadəyə verilən binadan ev alan jurnalistlərin siyahısına nəzər yetirsək, bir daha bunun şahidi olarıq. Bəzi xarici dairələrin, casusların əlində alət olmaq yaxşıdır, yoxsa dövlətə, millətə bağlı olmaq? Və ya dövlətçiliyi, ümummilli dəyərləri hər şeydən üstün tutmaq? Jurnalist olmaqdan öncə əsl vətəndaş olmaq şərəflidir, yoxsa "müəyən” marağa görə satılmaq? Qarşıya qoyduğum seçimlər arasında yerlə-göy qədər, hətta balaca bir uşağın belə dərk edəcəyi qədər fərq var.
 
Təəssüf ki, öz "seçimini” edən, yanlış yolda yürüyənlər üçün bunu başa düşmək və qəbul etmək çətin olar. Bu, məsələnin bir tərəfi...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xidmət və işlərlə əlaqədar qanunvericiliyin tələblərini pozan QHT-lər cərimələnəcək
20:21 18.06.2025
Xidmət və işlərlə əlaqədar qanunvericiliyin tələblərini pozan QHT-lər cərimələnəcək
DİN yol kənarlarında ticarətlə bağlı vətəndaşlara müraciət edib
20:08 18.06.2025
DİN yol kənarlarında ticarətlə bağlı vətəndaşlara müraciət edib
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
20:00 18.06.2025
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb
19:49 18.06.2025
Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
19:37 18.06.2025
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
Almaniya XİN İranı İsrailə güzəştə getməyə çağırıb
19:24 18.06.2025
Almaniya XİN İranı İsrailə güzəştə getməyə çağırıb
"Bütün konsertlərimdən pul qazanmışam"- Namiq onları yalanladı
19:10 18.06.2025
"Bütün konsertlərimdən pul qazanmışam"- Namiq onları yalanladı
Qrossi: Natanzdakı obyektdə radioaktiv çirklənmə baş verib
18:59 18.06.2025
Qrossi: Natanzdakı obyektdə radioaktiv çirklənmə baş verib
İsrail XİN rəhbəri: İranla heç bir danışıq aparılmır
18:47 18.06.2025
İsrail XİN rəhbəri: İranla heç bir danışıq aparılmır
IDF sözçüsü: İsrail hərbi obyektləri, İran isə mülki əhalinin evlərini hədəfə alıb
18:32 18.06.2025
IDF sözçüsü: İsrail hərbi obyektləri, İran isə mülki əhalinin evlərini hədəfə alıb
"Azerçay” ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir
18:19 18.06.2025
"Azerçay” ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir
Xameneyi: İran İsraillə münaqişədə qalib gələcək
18:14 18.06.2025
Xameneyi: İran İsraillə münaqişədə qalib gələcək
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəz aradan qaldırıldı - Xəttə su doldurulur
18:13 18.06.2025
Oğuz-Qəbələ-Bakı su xəttindəki qəz aradan qaldırıldı - Xəttə su doldurulur
İraqda İrana PUA daşıyan üç avtomobil saxlanılıb
17:57 18.06.2025
İraqda İrana PUA daşıyan üç avtomobil saxlanılıb
Konfrans Liqası: “Hayduk” “Zirə"nin, “Aris” “Araz-Naxçıvan”ın rəqib olub
17:45 18.06.2025
Konfrans Liqası: “Hayduk” “Zirə"nin, “Aris” “Araz-Naxçıvan”ın rəqib olub
Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq
17:33 18.06.2025
Avropa Komissiyası bir sıra Aİ ölkələrinə qarşı məhkəmə iddiası qaldıracaq