"O gün olsun ki, yeni ili Şuşada keçirək" arzumuz reallaşdı

"O gün olsun ki, yeni ili Şuşada keçirək" arzumuz reallaşdı
SOSİAL
14:43 11.12.2023
828
"30 il idi ki, yeni illərimizdə şüara çevrilən bir ifadə var idi: "O gün olsun ki, gələn il yeni il bayramını Şuşada, Cıdır Düzündə, Qarabağda keçirək. Bu cümlədən sonra isə "Anadır arzulara hər zaman Qarabağ" mahnısı səslənirdi. Xalqımızın arzularının başında, ən önündə hər zaman Şuşa gəlirdi, Qarabağ gəlirdi.
 
Məhz bu arzularla böyüyən uşaqlar 30 il sonra əllərində silah Qarabağa getdilər, Xudayar kimi yüzlərlə qardaşımız dumanlı dağların başında "Vətən yaxşıdır" deyərək şəhidlik zirvəsinə yüksəldi. Qəhraman oğullarımızın, Müzəffər Ordumuzun, Ali Baş Komandamızın siyasəti nəticəsində Qarabağımız işğaldan azad edildi, Şuşamıza şanlı bayrağımız sancıldı, ermənilərin cəhənnəmə çevirdiyi torpaqlara həyat gəldi, xoşbəxtlik gəldi, "Anadır arzulara hər zaman Qarabağ musiqisi işğaldan azad edilmiş torpaqlarda səsləndi, Vətən yaxşıdır mahnısı "Xudayar təsnifi"nə çevrildi.

Bu dünya azərbaycanlılarının, özünü azərbaycanlı hiss edən hər kəsin ən böyük arzusu idi və o arzumuza çatdıq.
 
Bir neçə gün öncə yeni ili Şuşada qarşılayın videosu önümə çıxdı. Əslində, bu video həm də arzularımızın reallaşması, Şuşanın cənnət məkana çevrilməsinin anonsu idi. Anonsdan bəlli oldu ki, 31 dekabr günü Şuşada yeni açılmış 5 ulduzlu Şuşa hotelində möhtəşəm yeni il bayramı baş tutacaq. Tanınmış müğənnilər, əməkdar və xalq artistləri həmin gün Şuşada konsert verəcək. Bu bizim arzularımızın reallaşması, Şuşada gözüqalan revanşist qüvvələrə, ölkəmizi sevməyən xarici güclərə ən böyük mesaj idi.
 
Şuşa İslam dünyasının, Türk dünyasının mədəniyyət paytaxtıdır, son illər bir çox mötəbər mədəniyyət tədbirləri Şuşamızda baş tutur. İndi də turistlər üçün Yeni il şənliyi keçiriləcək. Düşünürəm ki, özünü azərbaycanlı hiss edən hər kəs bu addımlara sevinməlidir. Az öncə dünya azərbaycanlıları sözünü də əbəs yerə işlətmədim. Düşünürəm ki, dünyanın müxtəlif ölkələrində yaşayan, uğur qazanan vətəndaşlarımız da 31 dekabr günü məhz Şuşada keçirməyə tələsəcəklər.
 
Di gəl ki, sosial şəbəkələrdə müzakirə edilən mövzu hər zamankı kimi əsas məğzi kənara ataraq, hotelin qiymətləridir. Kiçik bir araşdırma nəticəsində məlum olur ki, Şuşa yeni açılan 5 ulduzlu Şuşa hotelinin bir gecəlik qiyməti 500 AZN-dir, heç şübhəsiz ki, bu da səbəbsiz deyil. Şuşa hotel yeni açılıb, dünya standartlarına uyğundur, 5 ulduzlu hotel kriteriyasının bütün tələblərini ödəyir. Ancaq Şuşada olan biri kimi deyə bilərəm ki, orada daha ucuz qiymətə hotellər və hostellər də var. Yəni, bu bir növ özəl sektorun, turizm sektorunun tərtib etdiyi qiymətlərdir. Müqayisə edəndə görə bilərik ki, Bakıya daha yaxın olan şəhər və rayonlarda yen il proqramı daha bahadır. Əslində, bu qiymətləri müzakirə etməkdə qəbahət bir iş yoxdur, ancaq bu müzakirə turizm sektoru çərçivəsində olmalıdır, çünki hotellərdə qiyməti tətbiq edən dövlət yox, özəl sektordur. Əgər sağlam müzakirədən söhbət gedirsə, o zaman yeni il günü hotel və restoranlarda yarım saat üçün özlərini dağın başına qoyan müğənnilərin də qiymətləri müzakirə olunmalıdır. Mediada yazılana görə, müğənnilər 31 dekabr səhnə almaq üçün 10-50 min manat pul tələb edirlər. 
 
Burada əsas məqamlardan biri da odur ki, bu yalnız yeni ili Şuşada keçirmək istəyənlər üçün özəl sektorun tərtib etdiyi qiymətlərdir, onlar müğənnilərə, şou proqrama, DJ-lərə, yeməklərə, turlara pul ödəyir. Bunu da unutmamalıyıq. Şuşaya getmək istəyənlər üçün isə Azərbaycan dövləti mütəmadi olaraq turlar tərtib edir, bu günə qədər onminlərlə vətəndaş Şuşamıza səfər edib, oranın cənnət torpaqları ilə tanış olub.
 
Qaragüruh isə yenə də xalqımızın hisləri ilə oynamaq məqsədilə bu mövzunu gündəmə gətirir.

Məsələnin ən gülüc tərəfi isə AXCP sədri Əli Kərimlinin mövzuya münasibətidir. Siyasətçidən çox, blogger kimi fəaliyyət göstərən Kərimli Şuşada bir hotelin tərtib etdiyi qiymətləri ölkə siyasəti hesab edir. Adam o qədər gülünc durumdadır ki, qazilərə, veteranlara verilən pensiya pulunu da otelin qiymətləri ilə müqayisə edir. Bu günə qədər bir qazini, şəhid ailəsini ziyarət etməyən, nəinki Şuşaya heç Bakıdan kənara çıxmayan Kərimli isti evində oturub, onları müzakirə edir. Onun kimilərə xatırlatmaq lazımdır ki, bu ölkədə şəhid ailələrinin də, qazilərin də ən böyük dəstəkçisi Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. Və ən nəhayət ölkədə hər şeyi qara görməyə alışan şəxslər anlamalıdır ki, Azərbaycan qalib dövlətdir, Şuşaya, Xankəndiyə, Laçına və digər azad edilən torpaqlara cənnəti gətirir. Bu cənnəti görmək istəməyənlərin yeri isə hər kəsə çox gözəl bəllidir.

Hacıbəy Heydərli,
Azxeber.com saytının redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
13:36 10.09.2026
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Qolları olmayan körpəsindən imtina etdi: Ana və uşağı bundan sonra nə gözləyir? – VƏKİL
13:34 10.09.2026
Qolları olmayan körpəsindən imtina etdi: Ana və uşağı bundan sonra nə gözləyir? – VƏKİL
Qolları olmayan körpə və cavabsız qalan suallar…
13:25 10.09.2026
Qolları olmayan körpə və cavabsız qalan suallar…
İspaniya tarixinin ən isti yayını yaşadı: 61 günlük isti hava dalğası
13:24 10.09.2026
İspaniya tarixinin ən isti yayını yaşadı: 61 günlük isti hava dalğası
Qolları olmayan körpədən imtina edən ana: Psixoloq səbəbləri açıqladı
13:17 10.09.2026
Qolları olmayan körpədən imtina edən ana: Psixoloq səbəbləri açıqladı
Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB
13:06 10.09.2026
Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
13:00 10.09.2026
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
Xocalıda minaya düşən şəxsin ayağı amputasiya olundu
12:50 10.09.2026
Xocalıda minaya düşən şəxsin ayağı amputasiya olundu
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
12:46 10.09.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var
Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...
12:15 10.09.2026
Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
12:09 10.09.2026
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
11:50 10.09.2026
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Trampa İranla bağlı xəbərdarlıq: Müharibə illərlə davam edə bilər
11:35 10.09.2026
Trampa İranla bağlı xəbərdarlıq: Müharibə illərlə davam edə bilər
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
11:27 10.09.2026
Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
11:14 10.09.2026
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
“Unibank”ın İdarə Heyətində dəyişiklik
10:51 10.09.2026
“Unibank”ın İdarə Heyətində dəyişiklik